Ulduz futbolçu rəsmən "Beşiktaş"da

"Beşiktaş" Demba Ba ilə 4 illik müqavilə imzalayıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu transfer üçün İstanbul təmsilçisi 29 yaşlı hücumçunun ötən mövsüm oynadığı "Çelsi"yə 6 milyon avro təzminat ödəyib.
Demba Banın yeni klubunda illik 2 milyon 500 min avro qazanacağı bildirilib.
Qeyd edək ki, Demba Ba 2013/2014 mövsümündə "Çelsi"də oynadığı 33 matçda 7 qol vurub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















