• $
  • €
  • ₽
  • ₺
  • £

Mircavadov: “Mundialın sürpriz komandası Belçika və Qana ola bilər”

Mircavadov: “Mundialın sürpriz komandası Belçika və Qana ola bilər”
12.06.2014 17:38
Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.Az saytına müsahibəsində bu gecə Braziliyada start götürəcək futbol üzrə dünya çempionatı ilə bağlı öz proqnozunu verib.
- Futbolun nə dərəcədə inkişaf etdiyi dünya çempionatı zamanı bilinir. Hər Avropa və dünya çempionatından sonra məşqçilər özləri üçün müəyyən nəticə çıxarır. Məncə, builki yarış əvvəlkilərdən maraqlı olacaq. İlk növbədə ona görə ki, mundial Braziliyada keçiriləcək. Orada futbolu sevirlər. Təşadüfi deyil ki, ən çox futbol stadionu olan ölkə Braziliyadır. Müəyyən komandalarda yeni taktiki sistemin şahidi olacağıq. Artıq yoldaşlıq oyunlarında bunu müşahidə etmişəm.
- Azarkeşlik etdiyiniz komanda var?
- Mən yaxşı oyunu sevirəm. Məlumdur ki, biz mütəxəssislər dünya çempionatından çox şey öyrənirik. Adətən, ağıllı futbol oynayan komandalara azarkeşlik edirəm.
- Favoritləriniz hansı komandalardır?
- Cənubi Amerikadan Braziliya, Argentina və Uruqvay yığmalarını şanslı görürəm. Avropadan isə Hollandiya, İspaniya, İtaliya və Almaniyanın adını qeyd edə bilərəm. Fransa millisi üçün bir qədər ağır olacaq. Çünki heyətində ulduz futbolçular yoxdur. Belə komandalar üçün yüksək nailiyyət əldə etmək çətindir. İngiltərənin də yaxşı nəticə qazanacağına inanmıram. Fikir verin, Premyer Liqada ingilis futbolçuların sayı çox azdır.
- Ancaq "Çelsi"nin baş məşqçisi Joze Mourinyo düşünür ki,  finalda İngiltərə və Portuqaliya qarşılaşacaq.
- İngiltərənin oyunlarını izləmişəm. Düzdü, stabil çıxış edirlər, ancaq heyətində lider oyunçular azdır. Bu, Mourinyonun öz düşüncəsidir. O, İngiltərədə çalışdığı üçün belə bir fikir bildirib. İngiltərə hələ qrupdan çıxsın, sonrasına baxarıq.
- Hər dünya çempionatında sürpriz komandalar olur. Sizcə bu dəfə hansı millilərdən sürpriz nəticələr gözləmək olar?
- Təbii ki, bir neçə komanda sürprizlər edəcək. Gözləniləndən aşağı səviyyədə çıxış edən komandalar da olacaq. Uğursuz nəticə qazanacaq komandaların adlarını indidən demək çətindir. Ancaq müəyyən yığmalar var ki, həqiqətən onlardan sürpriz gözləmək olar. Məncə, bunu Belçika və Qana milli komandaları edəcək. Onların oyunlarını izləmişəm. Doğrudan da çox güclü futbolçulardan təşkil olunmuş kollektivə malikdirlər.
- Bu gecə mundialın ilk oyununda Braziliya yığması Xorvatiya ilə qarşılaşacaq. Meydan sahiblərini matçın aşkar favoriti hesab etmək olar?
- Ümumiyyətlə, Braziliya bütün oyunlarda böyük təzyiqlərlə üzləşəcək. Təzyiqi azarkeşlər edəcək. Yerli azarkeşlər həddən artıq emosionaldırlar. Onlar zəif oyunu qəbul etməyəcəklər. Xorvatiya isə keçmiş Yuqoslaviyada ən güclü yığma komandadır. Üstünlük Braziliya tərəfində ola bilər. Ancaq deməzdim ki, onlar asan qələbə qazanacaq. Həmişə Braziliya üçün ilk oyun ağır keçir. Fərdi ustalıqdan çox şey asılı olacaq. Düşünürəm ki, Braziliya 1:0 hesabı ilə qalib gələ bilər. 
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol