• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Premyer Liqasında V tura yekun vurulur

Azərbaycan Premyer Liqasında V tura yekun vurulur
26.09.2021 13:30
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq.

"Report"un məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçı Masazırda "Sabah" və "Neftçi" komandaları arasında olacaq. Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək. Meydan sahibləri 4 turdan sonra 1 xalla 7-ci pillədə qərarlaşıb. 7 xalı olan qonaqlar isə 4-cüdür.

İki kollektiv indiyədək ölkə çempionatında 11 dəfə üz-üzə gəlib. Bunların 9-da "Neftçi" qələbə qazanıb, 2 qarşılaşma heç-heçə başa çatıb. "Sabah” indiyədək rəqibini məğlub edə bilməyib. Topların nisbəti də flaqmanın xeyrinədir - 23:5. "Neftçi” bu komandaya qarşı bütün oyunlarda qol vurub.

Tura Sumqayıtda yekun vurulacaq. 6 xalla 6-cı pillədə qərarlaşan şəhərin eyniadlı təmsilçisi 10 xalla 2-ci olan "Qəbələ"ni sınağa çəkəcək. Oyunda ədaləti FIFA dərəcəli baş hakim Elçin Məsiyev qoruyacaq.

Bundan əvvəl keçirilmiş 35 qarşılaşmanın 5-i meydan sahiblərinin, 20-si qonaqların xeyrinə bitib. 10 görüşdə isə qalib müəyyənləşməyib. Bu matçlarda "gənclik şəhəri" təmsilçisi 27, əyalət klubu isə 56 qol vurub. "Qəbələ” son 6 oyunda yalnız bir dəfə meydanı qolsuz tərk edib. "Sumqayıt” isə son 5 ev matçında yalnız bir dəfə uduzub.

Azərbaycan Premyer Liqası
V tur
26 sentyabr (bazar)
17:00. "Sabah” – "Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
"Bank Respublika Arena”.
19:15. "Sumqayıt” – "Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Kapital Bank Arena”.
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib, "Səbail" isə evdə "Zirə"yə uduzub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol