“Neftçi” iki aparıcı futbolçusuna yeni müqavilə təklif edib

"Neftçi” iki aparıcı futbolçusuna yeni müqavilə təklif edib.
Bu barədə müsahibəsində "ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf məlumat verib.
Rumıniyalı mütəxəssis bildirib ki, rəhbərlik müdafiəçi Vojislav Stankoviç və yarımmüdafiəçi Emin Mahmudovun mövsümün sonuna qədər olan sözləşməsini uzatmağa çalışır: "Emin Mahmudov müqavilənin uzadılması üçün təklif alıb. Stankoviçlə də danışıqlar olub. Onların klubu tərk edəcəklərini düşünmürəm. Bu oyunçuları saxlamağa və yeni futbolçular cəlb etməyə çalışacağıq”.
Serbiyalı Vojislav Stankoviç 2019-cu ildən, kapitan Emin Mahmudov isə 2017-ci ildən "Neftçi”nin formasını geyinir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















