Maskerano "Barselona"nı "Napoli"yə dəyişir

"Barselona" klubunun müdafiəçisi Xavyer Maskeranonun komandadakı gələcək taleyi müəyyənləşib.Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, komandasıyla 2016-cı ilə qədər müqaviləsi olan argentinalı futbolçu mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlayıb.Təcrübəli futbolçunun "Napoli"yə transfer olunacağı bildirilir. Neapol təmsilçisinin baş məşqçisi Rafael Benitez yeni mövsümdən Maskeranonu komandasında görmək istəyir. Lakin "Barselona" 29 yaşlı futbolçunun transferi üçün "Napoli"dən 20 milyon avro tələb edir.Qeyd edək ki, Maskerano 2007-2010-cu illərdə "Liverpul"da məhz Benitezin rəhbərliyi altında oynayıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















