• $
  • €
  • ₽
  • ₺
  • £

Olimpiadada qələbəyə görə ən çox pul mükafatı vəd edən ölkələr - SİYAHI

Olimpiadada qələbəyə görə ən çox pul mükafatı vəd edən ölkələr - SİYAHI
10.02.2014 18:52
Soçidə keçirilən Qış Olimpiya Oyunları davam edir. Olimpiadada iştirak edən ölkələrin hər biri idmançıları həvəsləndirmək üçün alacaqları qızıl, gümüş və bürünc medala görə pul mükafatları vəd edib. Modern.az saytı ölkələrin Milli Olimpiya komitələri tərəfindən idmançılara qalib olduqları təqdirdə nə qədər pul mükafatının veriləcəyini təqdim edir. Soçidə keçirilən Qış Olimpiya Oyunlarında alınan medallara görə daha çox pul mükafatını Qazaxıstan, Latviya, İtaliya, Belarus, Estoniya və Ukrayna Milli Olimpiya komitələri öz idmançılarına vəd ediblər. Qazaxıstan idmançılarının hər biri qazandığı qızıl medala görə 250 min dollar alacaq. Gümüş medala görə onları 150 min dollar, bürünc medala görə isə 75 min dollar mükafat gözləyir. Qızıl, gümüş və bürünc medala görə idmançılara Latviya 192,8 min, 96,4 min, 67, 5 min dollar, İtaliya 189,8 min, 101,7 min, 67,8 min dollar, Belarus 150 min, 75 min, 50 min dollar, Estoniya 138,5 min, 92,3 min və 60,6 min dollar, Ukrayna 125 min, 80 min və 55 min dollar verəcək. Rusiya idmançıları qızıl medala görə 4 milyon rubl (təxminən 113,2 min dollar), gümüş medala görə 2,5 milyon rubl (təxminən 70,8 min dollar), bürünc medala görə isə 1,7 milyon rubl (təxminən 48 min dollar) alacaqlar. İsveçrə Milli Olimpiya Komitəsi isə alınacaq medallara görə isə 88,6 min, 77, 5 min və 66, 45 min dollar pul mükafatı vəd edib.Qızıl, gümüş, bürünc medala görə Fransa atletləri üçün 6,8 min, 27,1 min, 17,6 min dollar, Hollandiya idmançıları üçün 40, 6 min, 30, 5 min, 20,3 min, Finlandiya atletləri üçün 40, min, 20, 3 min, 13, 5 min, Yaponiya idmançıları üçün 29, 3 min, 19, 6 min və 9, 8 min dollar pul mükafatı vəd edilib. Amerika idmançılarını isə alacaqları medallara görə 25 min, 15 min və 10 min pul mükafatı gözləyir. Almanlar isə bu işdə bir az ciddidirlər – qalib idmançılar 20,3 min, 13,5 min, 10,15 min dollar idmançılar alacaqlar. Kanada Milli Olimpiya Komitəsi isə 17,9 min dollar, 13,4 min dollar, 8,9 min dolları öz atletlərinə qalibiyyətləri qarşılığında vəd edib. Ən aşağı pul mükafatı isə Avstraliyadadır. 13 min, 8, 7 min və 6,5 min dollar. Böyük Britaniya, Norveç, İsveç, və Xorvatiya Milli Olimpiya Komitələri isə öz idmançılarını qalib olacaqları qarşılığında heç nə verməyəcəklər. Bunu İsveç Milli Olimpiya Komitəsinin nümayəndəsi Bern Folin belə izah edib: “Bizə verilən pulların hamısı, demək olar illik 8 milyon avro (11 milyon dollar) idmançıların idman düşərgəsinə, idmana və idmançılara ayrılan qrantlara verilir”. Avstriya hökuməti isə olimpiya çempionu olacaq öz idmançılarına 21,6 min dollar dəyərində 17 gümüş pul verəcək. Gümüş və bürünc medallara görə isə 13 və 11 belə gümüş pul veriləcək. İdmançılar üçün maraqlı həvəsləndirici proqramı Cənubi Koreya fikirləşib. Qızıl medala 62 min dollar, gümüş medala 61,67 min dollar, bürünc medala 36,17 min dollar. Bu pulu atletlər birbaşa da ala bilərlər və ya onlara pul “olimpiya təqaüdü” kimi verilə bilər. Əgər onlar ikinci variantı seçsələr, hər ay 923 dollar qızıl medal qazanana, 692 dollar gümüş medal alana, 484 dollar bürünc medal alana veriləcək. Cənubi koreyalı atletlərin də əksəriyyəti məhz bu proqrama üstünlük verirlər.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol