Azərbaycanda futbol matçında dava - FOTO

Azarkeşləri qıcıqlandıran əsas hərəkətlərdən biri Mahir Şükürovun onlara orta barmaq işarəsini tutmasıdır.Dünən Lənkəranda baş tutan “Xəzər Lənkəran” – “Neftçi” matçının son saniyələrində aləm bir-birinə dəyib.Qafqazinfo xəbər verir ki, matçın son saniyələrində “Lənkəran” klubunun hesabı bərabərləşdirməsinə “Neftçi” etiraz edib. Etirazdan doğan insidentdə hər iki tərəf bir-birini təhqir edib və əlbəyaxa dava düşüb.Nəticədə baş hakim Rəhim Həsənov 3 neftçili (Tərlan Quliyev, Bruno Bertuççi, Karlos Kardoso) və 1 xəzərli futbolçunu (Ağabala Ramazanov) meydandan qovub.Qeyd edək ki, oyunda azarkeşləri qıcıqlandıran əsas hərəkətlərdən biri Mahir Şükürovun azarkeşlərə orta barmaq işarəsini tutmasıdır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















