“Qalatasaray” yeni baş məşqçisi ilə müqavilə imzaladı

Alınan bərbad nəticələrdən sonra baş məşqçi Çezare Prandellini qovan "Qalatasaray” bu gün yeni baş məşqçisi ilə müqavilə imzalayıb.
ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə milli komandasında Fatih Terimin köməkçisi işləyən 44 yaşlı Hamza Hamzaoğlu "Qalatasaray”ın yeni baş məşqçisi təyin edilib. 44 yaşlı mütəxəssis Cim Bom la gələn ilin may ayına kimi müqavilə imzalayıb. Hamza Hamzaoğlu 1991-95- ci illər ərzində "Qalatasaray”da futbolçu kimi çıxış edib. Gənc mütəxəssis 2011-12-ci il mövsümündə "Akhisar Belediyyespor”u ikinci liqa çempionu edərək Super Liqaya daşıyıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















