“Euronews” telekanalı "Bakı-2015"lə bağlı reportaj yayımladı

"Euronews” telekanalında "Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı reportaj yayımlanıb.
AzərTAc-ın yaydığı xəbərə görə, reportajda Bakının tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcəyi vurğulanıb. Gələn il iyunun 12-dən 28-dək davam edəcək idman tədbirinə hazırlıq işləri, həmçinin Oyunların keçiriləcəyi idman obyektləri haqqında ətraflı məlumat verilib.
Paytaxtda Olimpiya Stadionunun inşasına da geniş yer ayrılan reportajda qeyd edilib ki, 68 mindən çox tamaşaçı tutumlu arenanın ərazisində parklar, eləcə də atletlər üçün təlim-məşq yerləri yaradılır.
Reportajda, həmçinin Bakının şimal-qərb hissəsində yerləşən Atletlər Kəndi haqqında da məlumat verilib. Bildirilib ki, Atletlər Kəndində idmançıların və komanda rəsmilərinin təhlükəsizliyi və rahatlığı üçün hər cür şəraitlə təmin ediləcək.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















