Borussiya"dan türk futbolçuya xəbərdarlıq

"Borussiya" (Dortmund) klubunun futbolçusu İlkay Gündoğana xəbərdarlıq olunub.
Qol.Az-ın "Kicker"ə istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisi türkiyəli futbolçu ilə müqaviləni yeniləmək niyyətindədir.
Lakin "Borussiya" ilə 1,5 illik müqaviləsi olan İlkay hələlik qərar verməkdə tələsmir. Bu isə klub rəhbərliyini narazı salıb. Rəhbərlik 24 yaşlı futbolçunu il yarım sonra təzminat almadan satmamaları üçün onunla müqaviləni yeniləmək istəyir. Əks təqdirdə İ.Gündoğanın digər kluba satılacağı açıqlanıb.
Qeyd edək ki, Gündoğanla "Mançester Yunayted", "Arsenal" və "Real" (Madrid) klubları yaxından maraqlanır.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















