FİFA İcraiyyə komitəsinin keçmiş üzvü rüşvət aldığını etiraf edib

FİFA İcraiyyə komitəsinin keçmiş üzvü Çak Bleyzer dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin seçilməsi zamanı rüşvət aldığını etiraf edib.
"Report" TASS-a istinadən xəbər verir ki, Ç.Bleyzer 2010-cu ildə dünya çempionatının Cənubi Afrika Respublikasında keçirilməsini dəstəklədiyi üçün də rüşvət aldığını bildirib.
"Mən və FİFA-nın icraiyyə komitəsinin digər üzvləri Cənubi Afrika Respublikasının 2010-cu ildə dünya çempionatının ev sahibi seçilməsi üçün rüşvət almağa razılaşmışdıq”, - deyə Ç.Bleyzer qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















