Suyun üstündən paraşütlə keçən şəxslərə köpək balığı hücum etdi - VİDEO

21:58 | 01.07.2021
Suyun üstündən paraşütlə keçən şəxslərə köpək balığı hücum etdi - VİDEO

Suyun üstündən paraşütlə keçən şəxslərə köpək balığı hücum etdi - VİDEO

Qırmızı dənizin İordaniya sahillərində suyun üzərindən paraşütlə keçmək istəyən şəxslərə köpək balığı hücum edib.

"Ölkə.az" "Mail Online"a istinadən xəbər verir ki, köpək balığının hücum anı təsadüfən kameralara tuş gəlib.

Bir neçə saniyə davam edən hücum zamanı paraşütlə hərəkət edən şəxslərdən birinin sağ ayağının topuq hissəsi köpək balığı tərəfindən dişlənib. Dərhal hərbi hospitala çatdırılan zərərçəkmiş şəxs əməliyyat olunub. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Hadisədən sonra ərazidə yaşayan sakinlər və turistlər narahat olublar. Rəsmi qurumlar bildirib ki, bu ərazilərdə köpək bağlığı hücumları nadir hallarda baş verən hadisədir. Hazırda bununla bağlı araşdırmalar aparılır.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb