Tələbə olmaq istəyənlərə şad xəbər: "Təhsil kreditləri veriləcək"

17:30 | 16.07.2019
Tələbə olmaq istəyənlərə şad xəbər:

Tələbə olmaq istəyənlərə şad xəbər: "Təhsil kreditləri veriləcək"

Milli Məclisin payız sessiyasında "Təhsil kreditləri haqqında”  qanun layihəsi qəbul oluna bilər.

Bu barədə anews.az-a açıqlamasında millət vəkili, milli məclisin  Elm və Təhsil komitəsinin üzvü Şəmsəddin Hacıyev deyib.

Onun sözlərinə görə, qanun layihihəsi parlamentdə müzakirə edildikdən sonra layihə səsverməyə çıxarılacaq.

"Qanun layihəsi demək olar ki, hazırdır. Maliyyə mənbəyi, faizlər, kimlərə və hansı əsaslarla verilməsi kimi bir neçə məsələ var ki, onlar da müzakirə edilməlidir. Bütün bu məsələlər də həll edildikdən sonra, çox gümanki milli məclisin payız sessiyasında qanun layihəsi qəbul olunacaq” – deyə millət vəkili Şəmsəddin Hacıyev bildirib.

Şəmsədiin Hacıyev əlavə edib ki, layihə təhsil haqqını ödəməkdə çətinlik çəkən bütün tələbələri əhatə edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM