Temari kürələri - Yaponiyanın kiçik parçası evinizdə olsun - FOTOLAR

13:28 | 19.12.2014
Temari kürələri - Yaponiyanın kiçik parçası evinizdə olsun - FOTOLAR

Temari kürələri - Yaponiyanın kiçik parçası evinizdə olsun - FOTOLAR

Lyubov Qasımova

Hər il yaxınlara və dostlara Yeni İl münasibətilə hədiyyələr aldıqda, bizi bu sual düşdündürür: "Hansı sürprizi edək ki, həm təkrarlanmamış olsun, həm də qeyri-adi?". Və budur mən, əl işləri ustalarının məmulatlarına baxarkən, çox gözəl hədiyyə gördüm. Parlaq ipəkdən və yun sapdan, gözəl naxışlarla tikilmiş temari yapon topundan yolka oyuncağı və ya uşaqlara hədiyyə kimi istifadə etmək olar. Bu gözəlliyin yaradıcısı "Azərbaycan əl işi Ustaları" qrupunun iştirakçısı Yana Amcadidir.

Mən bu topların yaranma tarixçəsini öyrənmək üçün Bakıda temari toplarını hazırlayan Yana Amcadi ilə söhbət etmək istədim.

Temari toplarını çinlilər düşünüb. Sonradan bu əl işlərinə yaponlar da yiyələndi, onlar bunu mükəmməl səviyyəyə qaldırdılar, temari və muzey Assosiasiyası yaratdılar.

Temari - kiçik, parlaq, yumşaq yapon toplarıdır. Bu toplar artıq 1000 ildən çoxdur mövcuddur. Temarini şahzadə topu adlandırırdılar, çünki əvvəl bu topları imperator ailəsi üçün hazırlayırdılar. Əvvəl topun hazırlanmasından əsas xammal kimi ipək kimononun hissələrindən istifadə olunurdu. Amma sonra samanlı parça torbasından və yumru formalı düyü qabığından istifadə olunmağa başlandı. Onları zolaq-zolaq doğranmış köhnə geyimlə və qalın, sonra isə incə saplarla sarıyırdılar. Sapların rəngi naxışın fonunu yaradır. Naxışlar üçün müxtəlif motivlər seçilirdi: xrizantem, sakura, gavalı çiçəkləri, durna, tısbağa, bambuk və abstrakt naxışlar.

Temari - kürələrdə naxış tikmənin yapon milli texnikasıdır.

Temari şarlarının hazırlanması üzrə mütəxəssis Yana Amcadinin açıqlamasını diqqətinizə təqdim edirik.

- Yana, yapon oyuncaqlarına bu qədər maraq haradandır?

- Yaponiya öz rəngarəngliyi ilə, qeyri-adi, ovsunlayıcı mədəniyyəti və adət-ənənələri ilə həmişə mənim xoşuma gəlib. Təsadüfən gördüyüm və bu yaxınlarda haqqında bildiyim temari kürələri öz gözəlliyiylə mənim təxəyyülümü tərpətdi. Mən uzun müddət temari şəkillərinə baxırdım və anlaya bilmirdim ki, bu qədər qeyri-adi gözəlliyi necə yaratmaq olar? Sonra temari barəsində oxuduqda, yaradıcılıq sarsıntısı keçirdim, çünki mənim fəaliyyətim əl işləri ilə bağlıdır. Məlum olur ki, bu sənət tarixən Çində yaranıb, sonra tədricən Yaponiyaya keçib, elə buradan da temari topları yüksək səviyyəli incəsənət nümunəsi kimi öz başlanğıcını götürür.

- Temari hazırlamaq üçün sizin tikiş bacarığınız olubmu?

Bəli olub, çünki ixtisasca modelyer-konstruktoram və tikişlə bağlı olan hər şey mənə yaxındır.

- İnternetdə göstərilən dərsliklərə əsasən temari hazırlamağı öyrənmək çətindirmi?

- Əgər arzu və inad varsa, məncə mümkündür.

ANN.Az
 






















0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM