Tramp: “Miqrantlar ABŞ-da ikinci 11 sentyabr törədəcək”

10:54 | 16.05.2016
Tramp: “Miqrantlar ABŞ-da ikinci 11 sentyabr törədəcək”

Tramp: “Miqrantlar ABŞ-da ikinci 11 sentyabr törədəcək”

ABŞ-da 2001-ci il, 11 sentyabr hadisələri təkrarlana bilər.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp bəyan edib.
 
O, bunun səbəbini ölkədə sığınacaq tapan miqrantlarda görür: "Çox pis hadisələr baş verəcək. Ölkəmizə gələn miqrantlar hücumlar törədəcək. Mənim buna qətiyyən şübhəm yoxdur”.
 
Prezidentliyə namizəd ölkəyə qaçqınların gəlməsinə qarşı çıxıb. "Ölkəmizdə onlarsız da çətinliklər var. Biz Suriyadan qaçqın axınına imkan verməməliyik. Biz onları tanımırıq, nə məqsədlə gəldiklərini bilmirik. Bəlkə onlar İŞİD terrorçularıdır? Bildiyimə görə, ABŞ-a mobil telefonlarında İŞİD bayraqları əks olunan insanlar daxil olur. Indi biz onları təmtəraqla qarşılamalıyıq?”, deyə D.Tramp bildirib.
 
Xatırladaq ki,  2001-ci il sentyabrın 11-də "Əl-Qaidə” terror təşkilatı ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktları həyata keçirib. Hadisə nəticəsində 3 minədək insan ölüb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb