Tramp Obamanı ABŞ-ın ən pis prezidenti adlandırdı

11:42 | 17.05.2016
Tramp Obamanı ABŞ-ın ən pis prezidenti adlandırdı

Tramp Obamanı ABŞ-ın ən pis prezidenti adlandırdı

ABŞ prezidentliyinə namizəd Donald Tramp hazırkı prezident Barak Obamanın onun seçkiqabağı kampaniyası ilə bağlı tənqidlərinə münasibət bildirib.
 
APA-nın "lenta.ru” ya istinadən verdiyi xəbərə görə, o, "twitter” səhifəsində Barak Obamaya "cahillik üstünlük deyil” ifadəsini xatırladıb. "Nə siyasətdə, nə də həyatda cahillik üstünlükdür. Obama ABŞ tarixinin ən pis prezidentidir ” - deyə, Tramp qeyd edib.
 
Xatırladaq ki, Barak Obama mayın 15-də Nyu Cersidəki Ratqresk universitetində çıxışı zamanı ABŞ sərhədlərində hasarların hörülməsi barədə təklifləri, ölkəni yenidən əzəmətli etməklə bağlı çağırışları tənqid edib. Prezident konkret olaraq bu təşəbbüslərin müəllifinin adını çəkməsə də, bu təklifləri Trampirəli sürüb.
 
Qeyd edək ki, ABŞ prezidentliyinə iddiaçı olan milyarder Donald Tramp Respublikaçılar Partiyasınının yeganə namizədidir. O, çıxışlarında Ağ ev Administrasiyasını tənqid edir, müasir dövrün problemləri ilə bağlı sərt bəyanatlar səsləndirir və birmənalı olmayan siyasi vədlər verir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb