Tramp şelfdəki neft-qaz yataqlarının işlənilməsinə dair yeni proqram açıqladı

12:20 | 30.06.2017
Tramp şelfdəki neft-qaz yataqlarının işlənilməsinə dair yeni proqram açıqladı

Tramp şelfdəki neft-qaz yataqlarının işlənilməsinə dair yeni proqram açıqladı

ABŞ prezidenti Donald Tramp ölkənin şelfində neft və qaz yataqlarının işlənilməsinə dair yeni proqramın hazırlandığını bildirib.  

Anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Tramp bu barədə Energetika Nazirliyində çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, bu, ölkənin sahilləri boyunca yerləşən enerji sərvətlərinə yol açacaq.

Tramp qeyd edib ki, bu addım əlavə enerji resurslarının üzərinə qoyulmuş qadağaları aradan qaldırmağa imkan yaradacaq. Onun sözlərinə görə, əvvəlki administrasiya dövründə həmin yataqların əksəriyyətinin işlənilməsinə qadağa qoyulmuşdu.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM