Türklərə 48 saat vaxt verildi

15:00 | 22.06.2014
Türklərə 48 saat vaxt verildi

Türklərə 48 saat vaxt verildi

Liviyada yaşayan Türkiyə vətəndaşlarına ölkəni tərk etmələri üçün 48 saat vaxt verilib. 

Anspress-in məlumatına görə, bu barədə göstəriş Liviyanın sabiq generalı Halife Hafter tərəfindən verilib. Hafter ölkənin şərqində yaşayan Türkiyə və Qatar vətəndaşlarının Liviyanın əlehinə kəşfiyyat fəaliyəti ilə məşğul olduqlarını söyləyib. 

Hafter qeyd edib ki, əgər həmin müddət ərizində türk vətəndaşları Liviyanı tərk etməsələr tezliklə həbs ediləcəklər. 

Hafterin ölkədə hökumət çevrilişinə cəhd etdiyi barəsində də məlumat yayılıb.

Qaynar.info

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM