Trump NATO-dan necə istifadə edəcək

12:54 | 01.07.2016
Trump NATO-dan necə istifadə edəcək

Trump NATO-dan necə istifadə edəcək

Nə vaxtsa NATO-nu "köhnəlmiş” adlandıran ABŞ-da prezidentliyə namizəd Donald Trump deyir ki, hərbi alyansdan İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı istifadə etməklə onu canlandıracaq.

Trump iyunun 30-da ABC News-a müsahibəsində deyib ki, NATO-dan və bu alyansda olmayan qonşulardan istifadə edib "onları yerinə qaytarmaq” ideyasını sevir.

Trump daha öncə deyirdi ki, NATO-nun terrorçuluqla mübarizəsində dəyişiklik edilməlidir. "Vaxtilə demişdim ki, NATO köhnəlib, çünki terrorçuluqla lazımınca məşğul ola bilmirlər”, o deyib.

Prezidentliyə respublikaçılardan namizəd olacaq Trump-ın sözlərinə görə, İŞİD-i məhv etmək planı var, ancaq detalları açıqlamayıb.

"Onlara ağır zərbə endirəcəyik, doğrudan, mümkündür ki, NATO-dan da istifadə edək”, Trump söyləyib. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM