Türkiyə Almaniya nümayəndə heyətinin İncirliyə buraxılmamasına aydınlıq gətirdi

17:56 | 23.06.2016
Türkiyə Almaniya nümayəndə heyətinin İncirliyə buraxılmamasına aydınlıq gətirdi

Türkiyə Almaniya nümayəndə heyətinin İncirliyə buraxılmamasına aydınlıq gətirdi

 "İncirlik bazasına hərbi və texniki heyətlər gedə bilər, hərblə əlaqəsi olmayanların, əsasən də siyasətçilərin bazaya səfərinin münasib olmadığını düşünürük. Hadisənin mahiyyəti bundan ibarətdir”.
 
APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Maltanın xarici işlər naziri Corc Vella ilə keçirilən birgə mətbuat konfransında deyib.
 
Alman parlamentarların NATO-nun Türkiyə ərazisindəki İncirlik hərbi bazasına buraxılmaması barədə sualı cavablandıran M. Çavuşoğlu bildirib ki, onsuz da həmin bazaya alman əsgərləri yerləşdirilib və əlavə insanların gəlməsi münasib deyil. O, Avropa İttifaqı ilə münasibətlərə də toxunub: "Avropa İttifaqından gözləntimiz bundan sonra atılacaq addımları müzakirə etməkdir, hazırki şərtlərdə terrorla bağlı qanunlarda hər hansı dəyişiklik edə bilmərik. Digər məsələlərdə addım ata bilərik. Biz Avropa İttifaqının ikili standartı və Türkiyə əleyhdarlığı səbəbindən təzyiq altındayıq. Xalq vəziyyəti yenidən gözdən keçirməyimizi istəyir”.
 
M. Çavuşoğlunun sözlərinə görə, Avropa İttifaqı ilə müzakirələr başa çatdıqdan sonra, əlbəttə ki, xalqın fikri soruşulacaq: "Biz gücümüzü millətimizdən, xalqımızdan alırıq".
 
Nazir Suriya rejimi ilə əməkdaşlığın mümkün olmadığını da vurğulayıb: "Bununla bağlı səslənən iddialar doğru deyil”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM