Türkiyə ordusu Naxçıvana girdi - Foto

09:30 | 04.06.2019
Türkiyə ordusu Naxçıvana girdi - Foto

Türkiyə ordusu Naxçıvana girdi - Foto

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.


Məqsəd iyunun 7-dən 11-dək keçiriləcək "Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə qatılmaqdır. 


Bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən, hərbi-texniki əməkdaşlıqdan və artıq ənənə halını almış döyüş atışlı birgə təlimlərin əhəmiyyətindən danışıblar. 


Sonda təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.(veteninfo)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb