Türkiyə Rusiyaya yeni səfir təyin etdi

13:20 | 22.08.2016
Türkiyə Rusiyaya yeni səfir təyin etdi

Türkiyə Rusiyaya yeni səfir təyin etdi

Türkiyə Rusiyaya yeni səfir təyin edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Lakin yeni səfirin adı açıqlanmayıb. 

Qeyd edək ki, Türkiyənin Rusiyadakı hazırkı səfiri Ümit Yardımdır.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə KİV-i Ümid Yardımın yerinə Hüseyn Diriözün Rusiyaya səfir təyin ediləcəyi haqda məlumat yaymışdı. Hüseyn Diriöz 1956-cı ildə Türkiyədə anadan olub. Anakar İnversiteti Siyasi Elmlər, Virciniya Universiteti Beynəlxalq Münasibətlər fakültələrini bitirib. 1978-ci ildə Türkiyənin Xarici İşlər Nazirliyində işləyir. 2004-2008-ci illərdə Türkiyənin İordaniyadakı səfiri, 2009-2010-cu illərdə Türkiyənin 11-ci prezidenti Abdullah Gülün xarici siyasət məsələləri üzrə baş müşaviri, 2010-2013-cü illərdə NATO-nun müdafiə siyasəti və planlaşdırma məsələləri üzrə baş katibin müavini vəzifəsində çalışıb. 2013-cü ildən Türkiyənin Braziliyada səfirdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM