Türkiyə vətəndaşlarından Şenqen vizası tələb olunmayacaq

17:30 | 29.11.2015
Türkiyə vətəndaşlarından Şenqen vizası tələb olunmayacaq

Türkiyə vətəndaşlarından Şenqen vizası tələb olunmayacaq

Türkiyə vətəndaşları 2016-cı ilin oktyabr ayından etibarən Avropa Birliyinə (AB) üzv olan 28 ölkəyə vizasız səfər edə biləcək.

"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bu qərar Brüsseldə keçirilən Türkiyə-AB sammiti ərəfəsində hazırlanan müqavilə mətnində əks olunub.
Bununla yanaşı Ankaranın AB-yə üzvlük danışıqlarında da yeni fəsil açılacaq.

Sənəddə, həmçinin, qeyd olunur ki, mühacirlərə dəstək məqsədi ilə rəsmi Ankaraya 3 milyard dollar veriləcək. Bunun müqabilində isə Türkiyədən Avropaya keçən Suriyalı mühacirlərin Türkiyəyə qaytarılması təmin olunacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM