Türkiyədə baş nazir aparatının 18 əməkdaşı saxlanılıb

23:39 | 19.08.2016
Türkiyədə baş nazir aparatının 18 əməkdaşı saxlanılıb

Türkiyədə baş nazir aparatının 18 əməkdaşı saxlanılıb

Türkiyədə hərbi çevrilişə cəhddən sonra aparılan istintaq tədbirləri çərçivəsində baş nazir aparatının 18 əməkdaşı saxlanılıb.
 
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, onlar Ankara prokurorluğunun apardığı istintaqın nəticəsi olaraq həbs ediliblər.
 
Aralarında baş nazir aparatının mütəxəssislərinin olduğu şübhəlilər polis bölməsindəki prosedurdan sonra məhkəməyə təhvil veriləcəklər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM