Türkiyənin məşhur aktyoru vəfat etdi

23:06 | 08.03.2021
Türkiyənin məşhur aktyoru vəfat etdi

Türkiyənin məşhur aktyoru vəfat etdi

Türkiyənin tanınmış aktyoru Rasim Öztəkin dünyasını dəyişib.

Anews.az bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca tvitterdə məlumat verib.

Onun sözlərinə görə, aktyor keçirdiyi infarktdan sonra Toraks və Ürək-Damar Cərrahiyyəsi Xəstəxanasında həkimlərin bütün müdaxilələrinə baxmayaraq, dünyasını dəyişib.

"Televiziya olan hər evdə ailədən biri idi. Başımız sağ olsun”, - nazir paylaşımında yazıb.

Qeyd edək ki, R.Öztəkin tamaşaçılara daha çox "Səksənlər” serialında Ahmet, Çağatay və Nazlının atası, Çınaraltı məhəlləsinin keçmiş icra nümayəndəsi Fehmi Özdemir rolundan tanışdır

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb