Ukraynada bütün vergilər müharibəyə xərclənir

20:09 | 06.12.2022
Ukraynada bütün vergilər müharibəyə xərclənir

Ukraynada bütün vergilər müharibəyə xərclənir

Ukrayna dövlətinin indi topladığı bütün vergilər hərbi xərclərə gedir və müharibə zamanı 30 milyarddan dollardan çox vergi pulu xərclənib. Bunu Ukraynanın baş naziri Denis Şmıxal çərşənbə axşamı açıqlamasında bildirib.


"Vətəndaşların və bizneslərin indi büdcəyə ödədiyi tamamilə bütün vergilər ordumuzu təmin etməyə yönəlib", - Denis Şmıxal hökumətin iclasında deyib.

Büdcə xərclərinin qalan hissəsini indi Ukraynanın müttəfiqləri öz maliyyə yardımı ilə ödəyir.

Baş nazirin sözlərinə görə, müharibə başlayandan bəri Ukraynanın hərbi xərcləri 1 trilyon 130 milyard qrivna (30,6 milyard ABŞ dolları) təşkil edib. Bu pulun üçdə ikisi hərbçilərin maaşlarına gedirdi.

Müharibə başlayandan bəri Ukrayna texnika və silahların alınmasına və təmirinə 176,2 milyard qriven (4,8 milyard dollar) xərcləyib. Şmıxal qeyd edib ki, bu, əvvəlki on illə müqayisədə daha çoxdur.

Gələn il Ukrayna texnika və silahlara 300 milyard qrivna (indiki məzənnə ilə 8,1 milyard dollar) xərcləməyi planlaşdırır.
 
Gülnar Nazimqızı
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb