Ukraynalı iş adamı Zelenskini məhkəməyə verdi

16:50 | 18.11.2022
Ukraynalı iş adamı Zelenskini məhkəməyə verdi

Ukraynalı iş adamı Zelenskini məhkəməyə verdi

Ukraynalı iş adamı və Dnepropetrovsk vilayətinin ərazi müdafiəsinin rəhbəri Gennadi Korban Ukrayna vətəndaşlığını əlindən alan prezident Volodimir Zelenskini məhkəməyə verib. Bu barədə UNİAN-da bildirilib.

Bildirilir ki, iddia artıq  Ali Məhkəməyə təqdim edilib və noyabrın 15-də sədrlik edən Viktora Makedonska prosesi açıb. Korban məhkəmədən Ukrayna vətəndaşlığına xitam verilməsi ilə bağlı Ukrayna prezidentinin 18 iyul 2022-ci il tarixli 502 saylı fərmanını qanunsuz və etibarsız hesab etməsini tələb edir. 

Zelenski oliqarx İqor Kolomoyski, keçmiş Nardeputat İqor Vasilkovski və Vadim Rabinoviç də daxil olmaqla 10 nəfəri Ukrayna vətəndaşlığından məhrum edib.

Zelenskinin fərmanı Ukrayna vətəndaşının vətəndaşlıqdan məhrum edilməsini qadağan edən Konstitusiyanın 25-ci maddəsinin müddəalarına ziddir.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb