Vahid Əhmədov: “Belə getsə, manat ucuzlaşmayacaq”

09:59 | 07.05.2015
Vahid Əhmədov: “Belə getsə, manat ucuzlaşmayacaq”

Vahid Əhmədov: “Belə getsə, manat ucuzlaşmayacaq”

"Bundan sonra manatın dəyərinin qorunub saxlanılması birbaşa neftin qiymətindən asılıdır”.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın müəyyən qədər ehtiyyatı var, amma bu ehtiyyatı saxlamaq üçün neftin qiyməti əsas rol oynayır: "Son vaxtlar neftin qiymətində müəyyən qədər artımlar var. Belə davam edərsə, manatın devalvasiyasına ehtiyac qalmayacaq. İxracımızın 92 faizini neft təşkil edir və neftin satışından gələn dollar da birbaşa manatın dəyərinə təsir edir. Amma buna heç kim təminat verə bilməz ki, neftin qiymətində dəyişiklik olmayacaq”.

Qeyd edək ki, maliyyə naziri Samir Şərifov bu günlərdə jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Azərbaycanda manatın növbəti devalvasiyası gözlənilmir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti