Vasif Talıbovun oğlu dərslik yazıb

13:29 | 18.01.2015
Vasif Talıbovun oğlu dərslik yazıb

Vasif Talıbovun oğlu dərslik yazıb

Bakı Dövlət Universiteti beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbovun "Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı "Elm və təhsil” nəşriyyatında çap olunub. Kitab "Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlanır .


Kitabda Asiya ölkələrinin dünya siyasətində və beynəlxalq münasibətlər sistemindəki yeri, mövqeyi və əhəmiyyəti təqdim olunur. Müəllif, eyni zamanda, beynəlxalq münasibətlərin üzvi tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Asiya ölkələri ilə çoxcəhətli əlaqələrinə də kitabında geniş yer ayırıb.


Bütövlükdə altı bölmə, 27 yarımfəsildən ibarət olan 312 səhifəlik kitab "Nəticə” və ədəbiyyat siyahısı ilə tamamlanır.
 
ANN.Az
 



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM