• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Türkiyə sərhədindən dəstəyini çəkir

ABŞ Türkiyə sərhədindən dəstəyini çəkir
17.08.2015 09:52
Suriyadan potensial hava və raket hücumlarından qorunmaq üçün ABŞ-ın Türkiyəyə göndərdiyi "Patriot” zenit-raket sisteminin xidmət müddəti uzadılmayacaq. 

ANS PRESS-in məlumatına görə, bu barədə avqustun 16-da həm ABŞ, həm də Türkiyə tərəfi rəsmi bəyanat yayıb. NATO-nin dəstəyi ilə 2013-cü ildə Türkiyə-Suriya sərhədi yaxınlığında qurulmuş hava sipərinin xidmət müddəti oktyabr ayında bitir. Bununla belə Pentaqon bildirib ki, ehtiyac yaranarsa ABŞ "Patriot" komplekslərini və şəxsi heyətini bir həftə ərzində yenidən Türkiyəyə qaytarmağa hazır olacaq. 

Bəyanatda, ABŞ hava müdafiə sisteminin təkamül edərək qlobal təhdidlərə cavab verə bilməsi, müttəfiqləri və tərəfdaşları daha effektiv qoruya bilməsi üçün bir sıra modernizasiya və yeniləmə işlərinin aparıldıqdan sonra sistemin yenidən Türkiyəyə qaytarılacağı qeyd edilib. Türkiyənin müdafiə nazirliyi isə, ayrıca bəyanatda Almaniyanın da Türkiyədəki 2 "Patriot" zenit raket batareyası və 250 nəfərdən ibarət şəxsi heyəti geri çağıracağını ictimaiyyətin diqqətinə çatdırıb.

Xatırladaq ki, Amerika istehsalı olan "Patriot” raketdən müdafiə sistemi 2013-cü ildə Türkiyənin tələbi ilə bu ölkənin Suriya ilə sərhəd bölgəsinə yerləşdirilib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol