• $
  • €
  • ₽
  • ₺
  • £

Türkdilli dövlətlərin rəsmiləri Astanaya toplanır

Türkdilli dövlətlərin rəsmiləri Astanaya toplanır
17.08.2015 11:04
Avqustun 18-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclası keçiriləcək.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanı təmsil edəcək nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov rəhbərlik edəcək.

İclas çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın milli televiziya kanalları arasında əməkdaşlıq protokolunun imzalanması, türkdilli dövlətlərin xəbər agentlikləri arasında əməkdaşlıq memorandumunun təsdiq olunması və quruma üzv dövlətlərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin beynəlxalq auditoriyaya düzgün çatdırılmasının təmin edilməsi məqsədi ilə Beynəlxalq Türk Xəbər Kanalının yaradılması, informasiya sahəsində müxtəlif aspektlər üzrə birgə fəaliyyətin daha da genişləndirilməsi kimi vacib məsələlər müzakirə ediləcək.

Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında imzalanması təklif olunan "İnformasiya və Media üzrə Birgə Əməkdaşlıq Protokolu” layihəsinin nəzərdən keçirilməsi və müvafiq qərarın verilməsi də iclasın gündəliyinə daxil edilən məsələlər arasındadır.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol