• $
  • €
  • ₽
  • ₺
  • £

PKK terrorçuları qatıq oğurluğuna başladı

PKK terrorçuları qatıq oğurluğuna başladı
19.08.2015 19:50
Son günlər Türkiyə Silahlı Qüvvələrinin (TSK) keçirdiyi intensiv əməliyyatlar nəticəsində böyük insan itkiləri ilə üzləşən PKK terrorçularına aid çox sayda silah və ərzaq anbarları da məhv edilib. 

ANS PRESS-in məlumatına görə, terror təşkilatını idarə edən liderlər – Murat Karayılan və Cemil Bayıkın ölkə xaricinə qaçmasından sonra terrorçular çıxılmaz vəziyyətə düşüblər. Hər fürsətdə hərbçiləri və polisləri qətlə yetirən terrorçular magistral yolda saxladıqları TIR-ları və digər avtomobilləri yandırırlar. 

Ötən gün isə PKK terrorçuları marketlərə qatıq aparan yük avtomobilini qarət ediblər. Bu barədə məlumatı Türkiyə Baş Qərargah İdarəsinin mətbuat mərkəzi yayıb. Şırnak vilayətinin Beytüşşebap rayonunda 2 nəfəri qadın olan 5 terrorçu magistral yolda vətəndaşa məxsus avtomobili saxlayıb və burda olan 6 400 qab qatığı qarət edib. 

İyulun 20-də Şanlıurfanın Suruc rayonunda baş verən terror hadisəsini bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçirirdilər. Türkiyə hökuməti isə bu cür aksiyalara son verməsi üçün PKK və onun siyasi qolu HDP-yə xəbərdarlıq etmişdi. 

Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölmüş, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol