• $
  • €
  • ₽
  • ₺
  • £

Çin maliyyə birjaları enməkdə davam edir

Çin maliyyə birjaları enməkdə davam edir
25.08.2015 14:23
Çin maliyyə bazarları ötən gün 2007-ci ildən bəri ən kəskin enişdən sonra yenidən aşağıdır.

Qlobal enişə səbəb Çində iqtisadi zəifləmənin digər iqtisadiyyatlara təsir edəcəyindən ehtiyatlanmaq olub.

Shanghai Composite bu səhər 6 faiz aşağı düşüb.

Bazar ertəsi isə onun indeksi 8.5 faiz olub və bu, Avropa və ABŞ-da digər birjaların enməsinə səbəb olub.

Çərşənbə axşamı digər Asiya bazarları da aşağı qiymətlərlə açılıb, amma sonradan ticarətdə itkiləri tənzimləyib.

Sərmayeçilər dünyanın ən böyük ikinci iqtisadiyyatı və məhsul və kommersiya xidmətlərinin idxalatçısı olan Çindən asılı olan şirkət və ölkələrin onun yavaşlamasından təsir görəcəyindən narahatdır.

Çin, təxminən iki həftə öncə milli valyutasını, yuanı devalvasiya edib, bu isə onun iqtisadiyyatının düşünüldüyündən də pis vəziyyətdə olacağı barədə qlobal narahatlıq doğurub.

Ucuz valyuta Çinin ixracını xarici şirkətlər üçün cəlbedici edir.

Başqa Asiya ölkələrində isə birjalar pozitiv gözləntiləri doğurub, əvvəlki ticarət qiymətləri təkrarlanıb.

Hong Kongda Hang Seng birjası 2.6 faiz artıb, Avstraliyanın S&P ASX/200 birjası 2.2 faiz və Yaponiyanın Nikkei 225 birjası 0.7 faiz artıb.

Buna baxmayaraq, ABŞ və Avropa birjaları ötən gecə enişlərlə müşahidə edilib.

Wall Streetin Dow Jones birjasında eniş 6 faiz olsa da, bağlanışdan öncə 3.6 faiz qədər azalıb.

Londonun FTSE 100 indeksi isə 4.6 faizlə bağlanıb.

Fransa və Almaniyanın əsas bazarları isə 5.5 və 4.96 faiz qədər eniş göstərib. //bbc.com/azeri
 
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol