• $
  • €
  • ₽
  • ₺
  • £

Fələstinin Azərbaycana nota verdi

Fələstinin Azərbaycana nota verdi
25.08.2015 12:05

Səfirlik Azərbaycan XİN-ə nota ilə müraciət edib

Fələstin dövlətinin Bakıdakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə gələcəkdə Ermənistanda Fələstin səfirliyinin açılacağı barədə yayılan xəbərin yalan olduğunu bildirən nota ilə müraciət edilib. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verilib.
 
Notada bildirilir ki, bu xəbər "Zhamanak Daily” və ona istinadən Azərbaycanın bəzi xəbər portallarında yayıldıqdan sonra Fələstinin Bakıdakı səfirliyi Fələstin Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb və hər iki qurum tərəfindən bu xəbərin yalan olduğu və ümumiyyətlə, İrəvanda Fələstin səfirliyinin açılması barədə niyyətin olmadığı təsdiq edilib. 
 
Ermənistan KİV-in Azərbaycanın xarici, müdafiə və təhlükəsizlik siyasətinə xələl gətirmək məqsədilə bir çox hallarda qəsdən dezinformasiya və təxribat xarakterli məlumatlar yaydıqlarını nəzərə alaraq, Azərbaycan XİN tərəfindən bəzi yerli kütləvi informasiya vasitələrinə dəqiqləşdirmə və yoxlama aparmadan bu kimi xəbərlərin yayılmasından çəkinməsi tövsiyə olunur. 
 
Qeyd edək ki, Ermənistanın "Zhamanak Daily” xəbər agentliyi Fələstinin Böyük Britaniyadakı erməni əsilli səfirinin "East Magazine”ə (Vostok) verdiyi müsahibəsinə istinadən yaxın gələcəkdə İrəvanda Fələstin səfirliyinin açılacağı barədə xəbər yayıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol