• $
  • €
  • ₽
  • ₺
  • £

Zəlzələdə ölənlərin sayı 275 nəfəri keçdi

Zəlzələdə ölənlərin sayı 275 nəfəri keçdi
27.10.2015 09:00
Əfqanıstanda və region ölkələrində şiddətli zəlzələ baş verib.

Əfqanıstanda baş vermiş rixter cədvəli ilə 7.7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 275 nəfəri keçib. ANS PRESS-in məlumatına görə, zəlzələ Əfqanıstanla yanaşı, Pakistan, Hindistan və Tacikistada da dağıntılar törədib. 

Zəlzələ zamanı Əfqanıstanın Taluqan şəhərində 12 tələbə qızın məktəbin dağıntıları altında qalaraq ölməsi daha çox kədərə səbəb olan hadisələrdən biri olub.

Ən çox itki Pakistanda yaşanıb. Burada azı 214 nəfər ölüb. Ölü sayının artma ehtimalları da yüksəkdir. Pakistan rəhbərliyi zəlzələ zamanı daha çox dağıntıya məruz qalan bölgələrin ucqar yerlər olduğunu və həmin yerlərlə əlaqənin kəsildiyini bildiriblər. Belə olan halda, ölü sayının artacağı da ehtimalları da yüksək qiymətləndirilir.



Təbii fəlakətin episentri Feyzabad şəhəri yaxınlığında 213 kilometr dərinlikdə qeydə alınıb.

Dünən Əfqanıstanda 7.7 bal gücündə zəlzələ baş verib. İlkin məlumatda, zəlzələ nətyicəsində ancaq Pakistan və Əfqanıstanda 88-ə yaxın insanın ölüdüyü, yüzlərlə insanın isə yaralandığı bildirilmişdi. 

Qurbanların əksəriyyəti evlərin uçması nəticəsində dünyasını dəyişib. Yerli sakinlərin sözlərinə əsasən, zəlzələ gün ərzində bir neçə dəfə təkrar olunub. Həmin vaxtlarda uşaqlar evdə olduğundan, daha çox onlar ziyan çəkiblər.

Pakistanda sonuncu dəfə güclü zəlzələ ötən ay baş vermişdi. Belə ki, 7.7 bal gücündə olan həmin zəlzələ nəticəsində 350 nəfər ölmüş, 705 nəfər isə xəsarət almışdı. Zəlzələ nəticəsində yüzlərlə insanın itkin düşdüyü, onlarla evin dağıdıldığı da deyilir. 
 
 









www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol