• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlıya görə 4 erməni saxlanılıb

Azərbaycanlıya görə 4 erməni saxlanılıb
27.10.2015 15:27
Sankt-Peterburq polisinə 39 yaşlı Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı qadın müraciət edib

Rusiyanın şimal paytaxtı sayılan Sankt-Peterburqun hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşının öldürülməsi ilə bağlı cinayətin üstünü açıb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, oktyabrın 15-də bir qadın Puşkin rayon polis bölməsinə müraciət edərək 39 yaşlı Azərbaycan vətəndaşının itkin düşdüyü haqda məlumat verib.

Üç gün sonra isə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci (Qətl) maddəsi ilə cinayət işi açılıb. Əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət axtarış şöbəsinin əməkdaşları dörd ermənini saxlayıb. Onlardan biri 42 yaşlı Ermənistan vətəndaşı, üçü isə 31-38 yaşları arasında olan Rusiya vətəndaşlarıdır.

İlkin məlumata görə, oktyabrın 14-də Puşkin royunundakı "Kabab evi" restoranında saxlanılanlarla zərərçəkən arasında münaqişə yaranıb. Azərbaycan vətəndaşı döyülüb və elə öz maşınının yük yerinə qoyularaq Moskva şosesindən 2 km məsafədə olan, Qırmızı Bor qəsəbəsindəki sahəyə aparılıb. Burada saxlanılanlardan biri ona sinə və bel nahiyələrindən 13 bıçaq zərbəsi endirib. Məhz bıçaq zərbələrindən sonra Azərbaycan vətəndaşı keçinib. Zərərçəkənin meyitini gizlicə basdıran cinayətkarlar maşını da yandırıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol