• $
  • €
  • ₽
  • ₺
  • £

Facebook-un sahibi 45 milyard dollarını xeyriyyəyə verir

Facebook-un sahibi 45 milyard dollarını xeyriyyəyə verir
02.12.2015 14:29
Mark Zuckerberg və onun xanımı Priscilla Chan bəyan ediblər ki, şirkətdəki səhmlərinin 99 faizini "xeyirli işlərə” vermək qərarına gəliblər.

Facebook sosial şəbəkəsinin banisi və sahibi Mark Zuckerberg və onun xanımı Priscilla Chan bəyan ediblər ki, şirkətdəki səhmlərinin 99 faizini "xeyirli işlərə” vermək qərarına gəliblər.

Onlar bu xeyirxah addım barədə xəbəri, qızları Max-ın dünyaya gəlməsi xəbəri ilə birlikdə açıqlayıblar.

Cənab Zuckerberg bu niyyəti barədə özünün Facebook səhifəsində yenicə doğulmuş qızına yazdığı geniş məktubda bildirib.

Məktubda qeyd olunduğuna görə, onlar pullarını Chan Zuckerberg Initiative xeyriyyəsinə ona görə verirlər ki, Max böyüyəndə daha yaxşı bir dünyada yaşaya bilsin.

Mark Zuckerberg bildirib ki, xeyriyyə ianəsinin ümumi məbləği 45 milyard dollardır.

Max ötən həftə doğulsa da, ailə bu xəbəri yalnız çərşənbə axşamı yayıb.

Zuckerberg yazır ki, Chan Zuckerberg Initiative xeyriyyəsinin əsas amalı insan potensialını artırmaq və gələcək nəslin uşaqları arasında bərabərliyi bərqərar etməkdir.

Bu pullar fərdi təhsilə, xəstəliklərin müalicəsinə, insan icmaları arasında daha möhkəm bağların yaradılmasına sərf olunacaq.

Zuckerberg və xanımı valideynlik məzuniyyətinə çıxıblar.

Facebook-un yaradıcısı yazır ki, xeyriyyə təşəbbüsünün detallarını məzuniyyətdən qayıtdıqdan sonra açılqlayacaq.

Cənab Zuckerberg həmçinin deyib ki, hələ uzun illər ərzində Facebook-un baş direktoru və onun ən böyük səhmdarı olaraq qalmağı planlaşdırır. /Azadliq.org


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol