• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkələrin birjaları çökdü

Bu ölkələrin birjaları çökdü
18.01.2016 10:48
İrana qarşı tətbiq olunan sanksiyalar ləğv olunduqdan sonra Körfəz ölkələrində birjalar çöküb.
 
ANS PRESS-in məlumatına görə, sanksiyaların ləğvi ərəb dünyasında birjaların kəskin düşüşünə səbəb oluib.

Səudiyyə Ərəbistan birjası öz dəyərini 6.5% itirib. Səudiyyə Ərəbistanı birjasında Tadawul indeksi ilk anlardan etibarən 300 bal itirərək 5.500-dən aşağı düşüb.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) birjaları da həftəyə rekord itkilərlə başlayıb. Dubay birjasında DFM indeksi 2.6672,33 bal düşərək rekorda imza atıb. Onu, 2.68% itki və 3.837,81 bal geriləmə ilə Əbu-Dabi birjası izləyib.

Oxşar vəziyyət regionun ən böyük ikinci birjasına sahib Qətərdə də müşahidə olunub. Qətər birjası açıldıqdan 1 saat sonra əsas indeks 5%-lik geriləmə ilə 8.800 baldan aşağı düşüb.

Küveyt birjası isə 2.4% dəyər itkisi ilə 5.000 bala çatıb.

Körfəz birjalarında kəskin geriləməyə, neft qiymətlərinin ucuzlaşmaqda davam etməsi və ABŞ-la Avropanın İrana tətbiq etdiyi sanksiyaların ləğv olunması səbəb kimi göstərilir. Çünki rəsmi Tehran sanksiyaların ləğv olunması ilə neft istehsalını artıracağını açıqlayıb.

İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasından sonra bir barel neftin qiyməti 29 dollardan aşağı düşüb. Ekspertlər qiymətlərin 20 dollara qədər düşəcəyini ehtimal edirlər. Buna səbəb isə, İranın dünya neft bazarında hasilat payını artırması olacaq. Rəsmi Tehranın dərhal neft hasilatını günlük olaraq 500 min barel artıracağı gözlənilir. Bununla İranın il ərzində günlük hasilatı 1 milyon barelə çata bilər. Növbəti mərhələdə isə, hasilat günlük olaraq 1.5 milyon barelə qədər artırılacaq.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol