• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD “cihadçı John”un ölümünü təsdiq etdi

İŞİD “cihadçı John”un ölümünü təsdiq etdi
20.01.2016 14:45
İslam Dövləti adlandırılan təşkilata bağlı internet saytı Qərb mediasında "cihadçı John” kimi təqdim edilən şəxsin nekroloqunu dərc edib.

İslam Dövləti adlandırılan təşkilata bağlı internet saytı Qərb mediasında "cihadçı John” kimi təqdim edilən şəxsin nekroloqunu dərc edib.

İŞİD-in edam videolarında özünü "kafirlərin cəlladı” kimi təqdim edən şəxsin öldürüldüyü xəbər verilib.

Pentaqon və London ərəb əsilli Britaniya vətəndaşı Mohammed Emwazi-nin ötən noyabrda ABŞ qüvvələrinin dron zərbəsii ilə öldürüldüyünü xəbər vermişdi.

Emwazi İŞİD-in "Dəbiq” jurnalında özünün "Əbu Müharib əl-Mühacir” ayaması ilə təqdim olunur.

"1437-ci ilin məhərrəm ayının 29-da (12 noyabr 2015) Əbu Müharib nəhayət Allah yolunda çoxdan gözlədiyi şəhidlik mərtəbəsinə yüksəlib. Onun maşını Raqqa şəhərində dron atəşi ilə vurulub və o dərhal həlak olub” – yazır "Dəbiq”.

Emwazi İslam Dövləti adlandırılan təşkilatın edam videolarında bu qrupun qəddarlığını simvolizə edən fiqur idi.

Pusquda uçan dronlar

O ABŞ jurnalistləri Steven Sotloff və James Foley, Amerika humanitar yardım işçisi Abdul-Rahman Kassig, Britaniya yardım işçiləri David Haines və Alan Henning, habelə Yaponiya jurnalistiKenji Goto və başqa girovların qətlini göstərən videolarda çəkilmişdi.

Bu videolarda bir qayda olaraq qara paltarda, yalnız gözlərini açıq qoyanbalaklavada görünən Emwazi dünyada ən intensiv axtarışda olan şəxslərdən biri idi.

1988-ci ildə Küveytdə doğulmuş Emwazi6 yaşında ikən ailəsi ilə birlikdə Britaniyaya köçmüş, Londonda kompüter mütəxəssisi təhsili almışdı.

Reuters agentliyi xəbər verir ki, ABŞ və Britaniya missiyaları onun "ovu” ilə aylarla məşğul olsalar da, cihadçını raketlə vurmaq imkanı yalnız ötən noyabrda yaranıb.

ABŞ rəsmiləri bildiriblər ki, Pentaqonun iki, Britaniyanın isə bir MQ-9 dronları daim Raqqa üzərində pusquda uçuşurmuş. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol