• $
  • €
  • ₽
  • ₺
  • £

İnternetdə 5 ən təhlükəli virus

İnternetdə 5 ən təhlükəli virus
17.02.2016 21:50
İnternetdə vurus proqramlarının müxtəlifliyi hətta ən müasir antiviruslara kompüter və smartfonları kiberhücumlardan tam qorumağa imkan vermir.

Psm7.com saytında dərc edilmiş məqalədə hazırda internet məkanında aktual olan ən təhlükəli zərərli proqram təminatı sadalanır:

"T9000”

"Palo Alto Networks” şirkəti "T9000” troyanını bir neçə  gün əvvəl aşkarlayıb. O, "Windows” sistemli kompüterləri yoluxdurur və "RTF” formatında "Skype” və ya elektron məktublar vasitəsilə yayılır.
Zərərli proqram təminatında müxtəlif vəzifələr üçün bir neçə modul nəzərdə tutulub. Birincisi - "tyeu.dat” "Skype”da yazışma və kontenti oğurlayır. İkincisi - "vnkd.dat” kompüterdən lazımi formatlı faylları köçürür. Üçüncüsü - "qhnj.dat” sistemə məsafədən istifadəyə imkan yaradır.

"MazarBOT”

"CSIS Security Group” şirkətinin mütəxəssisləri tərəfindən aşkar olunan troyan "Android” sistemli qurğular üçün nəzərdə tutulub. Virus SMS ilə göndərilir və pul vəsaitlərini oğurlayır. Bunun üçün virusda mobil qurğularla pulköçürmələri zamanı kredit kartı məlumatlarının ələ keçirilməsi funksiyası yer alıb.  
"MazarBOT” istənilən internet bankçılığı mühafizəsindən yan keçə bilir. Troyan Rusiya hakerləri tərəfindən proqramlaşdırıldığına görə, Rusiya istifadəçilərinin qurğularından pul oğurlamır.

"TeslaCrypt”

Pul oğurlayan "TeslaCrypt” yenidən aktuallaşıb. Bu günlərdə "F-Secure” şirkəti "Skype”a yönələn virusu reklamda aşkarlayıb. Bundan başqa, yoluxdurulmuş reklam "ebay.it”, "dailymail.co.uk” və oyun saytlarında görünür.

Virusun yayılması üçün cinayətkarlar "AppNexus” servisini seçiblər. Yoluxma halında reklamın üstünə düymə basılan zaman troyan istifadəçinin kompüterdəki fayllarını şifrləyir və bunun əvəzində 500 dollar tələb edir.

"Remtasu”

"ESET” şirkəti fərdi məlumatların oğurlanmasına yönələn "Remtasu” troyanının aktivliyinin artmasını bildirir. Virus elektron poçta göndərişlərlə ötürülür. Ondan qorunmaq üçün yeganə vasitə tanış olmayan adamların məktubunu oxumamaq və qoşulmuş fayllara baxmamaqdır.

"Adwind”

İspaniya əsilli virus internetdə unikal yayılma vasitəsinə malikdir. İstənilən fırıldaqçının zərərli proqram ala və ondan öz məqsədləri üçün istifadə edə biləcəyi platforma mövcuddur.

Bu virus müxtəlif məqsədlər, o cümlədən sənədlərin surətinin çıxarılması və oğurlanması, qurban istifadəçinin hərəkətlərinin izlənilməsi üçün nəzərdə tutulub. Maraqlısı odur ki, bu halda antivirus proqramları bu virusu aşkarlaya bilmir. //ictnews.az


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol