• $
  • €
  • ₽
  • ₺
  • £

İngiltərə də devalvasiyaya başlayıb

İngiltərə də devalvasiyaya başlayıb
22.02.2016 21:15

Report: Dolların möhkəmlənməsi prosesi davam edəcək

London bələdiyyəsinin sədri Boris Consonun (Boris Johnson) İngiltərənin Avropa İttifaqından (Aİ) çıxması üçün kampaniyaya başlayacağı haqqında açıqlamasından sonra funt sterlinq kəskin ucuzlaşıb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün səhər gələn açıqlamadan sonra funt sterlinq son 11 ayın ən sərt zəifləməsini yaşayıb və bir saat ərzində 1,45% azalaraq 1,44 USD/GBP səviyyəsindən 1,42 USD/GBP-yə enib.

Qeyd edək ki, B.Conson İngiltərənin ən populyar siyasətçilərindən biridir və onun iyun ayında ölkənin Aİ-də qalıb-qalmaması ilə bağlı keçiriləcək referenduma dəstək verməsi milli valyutaya ciddi təsir edib. Cümə günü İngiltərənin baş naziri Devid Kameronun (David Cameron) Brüsseldə Aİ-nin üzvlük şərtlərini qəbul edəcəyi istiqamətində verdiyi açıqlamalardan sonra funt sterlinq möhkəmlənsə də, bu gün qazandıqlarını itirib.

"Morgan Stanley" analitikləri B.Consonun populyarlığını nəzərə alaraq, onun fikirlərinin funt sterlinq üçün önəmli olacağını bildiriblər. Tokioda yerləşən "Mizuho Securities Co." investisiya şirkətinin baş valyuta təhlilçisi Kenqo Suzukiyə görə isə Aİ-dən çıxma ehtimalı real görünməsə də, yaranmış qeyri-müəyyənlik funt sterlinq üzərində gərginlik yaradacaq. O, qeyd edib ki, iqtisadi olaraq funt sterlinq üçün heç bir təhlükə olmasa da Aİ-dən çıxışın yaratdığı narahatlıq məzənnənin 1,40-1,50 USD/GBP diapazonunda qalmasına səbəb olacaq.

"Report"un analitik qrupu hesab edir ki, dünyanın müxtəlif ölkələri, o cümlədən İngiltərə öz milli valyutasını devalvasiya etmək üçün bu cür bəyanatlar verir. Mövcud qlobal iqtisadi şəraitdə devalvasiya müharibəsi davam edir. Bu səbəbdən dolların bundan sonra da möhkəmlənməsi, USD/EUR-un paritetə catacağı, funt sterlinqin məzənnəsinin 1,35 USD/GBP-yə düşəcəyi gözlənilir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol