• $
  • €
  • ₽
  • ₺
  • £

​Bu gün Beynəlxalq Yuxu Günüdür

​Bu gün Beynəlxalq Yuxu Günüdür
01.03.2016 15:53
Bu gün dünyada Beynəlxalq Yuxu Günü (World Sleep Day) qeyd edilir.

"Report" xatırladır ki, yuxu günü ilk dəfə 2008-ci ildə qeyd olunub və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yuxu və sağlamlıq problemləri layihəsi çərçivəsində qeyd olunur.
Orta hesabla, hər bir insan ömrünün üçdə bir hissəsini yuxuda keçirir.

Sübut olunub ki, uzun müddətli yuxusuzluq həyatın keyfiyyətində özünü mənfi tərəfdən göstərir. Belə ki, yumor hissi itir, qıcıqlanma, özünə qapanma, diqqətin cəmlənməsi kimi problemlər baş verir.

4 saat yuxunun itirilməsi reaksiyanın 45% aşağı düşməsinə səbəb olur. Yaddaş zəifləyir, müxtəlif xəstəliklərin kəskinləşməsi baş verə bilir.

Yuxu ürəyin sağlam qalmasına kömək edir. Yuxusuzluq yüksək qan təzyiqinə, infarkta və bir çox ürək problemlərinə, xəstəliklərinə səbəb ola bilir. Yuxusuzluq stress hormonlarını artırır. Buna görə də ürək daha çox yorulur.

Araşdırmaya görə, uzunmüddətli gecə yuxusu ağrıya qarşı müqaviməti artırır.

Eyni zamanda, normal yuxu ürək-damar sistemi xəstəlikləri, piylənmənin profilaktikası üçün vacib faktorlardan biridir.

Yuxu isə beyinə lazımsız hər şeydən azad olmaq, neyron birləşmələrindən lazımsız zülalları "təmizləmək" imkanı yaradır.

Alimlərin fikrincə, yaşlı insanın ideal yuxu dövrü sutkada 7-8 saat təşkil etməlidir. Qadınlar üçün əlavə yuxu saatları lazımdır. Uşaqlar isə orqanizmlərinin normal işləmələri üçün 10 saat yatmalıdırlar. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol