• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvilinin iş yerində axtarış aparıldı

Saakaşvilinin iş yerində axtarış aparıldı
26.05.2016 21:27
Odessa qubernatoru: "Bunu heç Şimali Koreyada etmirlər"

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin rəhbərlik etdiyi Odessa vilayət dövlət administrasiyasının kabinetlərindən birində axtarış aparılıb. ANS PRESS-in məlumatına görə, axtarış Ukrayna Milli Təhlükəsizlik və Baş prokurorluq əməkdaşları tərəfindən aparılıb.

Axtarışlar Odessa qubernatoru Mixail Saakaşvilinin köməkçi-məsləhətçisi, Gürcüstanın sabiq-baş konsulu Teymuraz Nişnianidzenin kabinet və evində həmçinin "Odessanın xeyirinə" fondunda aparılıb.

İlkin məlumata görə, axtarışlar bir neçə cinayət faktı üzrə açılan istintaq hərəkətləri çərçivəsində aparılıb. Onlardan biri 2012-2013 ildə Gürcüstanın Baş konsulluğunun vəzifəli şəxslərinə qarşı açılan əlavə dəyər vergisinin qanunsuz kompensasiyası faktı üzrədir.

İşin materiallarına əsasən, diplomatlar guya 20 milyon qrivna (118 min AZN) dəyərində Kiyev mağazalarından brend əşyalar və geyim əldə ediblər. Bu gün müstəntiqlər bu işlə bağlı Louis Vuitton və Prada mağazalarına, həmçinin Dövlət maliyyə xidmətinə baş çəkiblər.

Hadisə yerinə gələn Odessa vilayət dövlət administrasiyasının başçısı Mixail Saakaşvili binasında axtarışları "siyasi təxribat" adlandırıb . Odessa qubernatoru yoxlamaya gələnlərə dərhal binanı tərk etməyi tələb edib. 

Bir müddət əvvəl Mixail Saakaşvili əslən azərbaycanlı Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirovu işində buraxdığı nöqsanlara görə sərt tənqid edib. Saakaşvili, hesab edir ki, Dövlət Fiskal Xidməti gömrükdə islahatların öhdəsindən gələ bilmir.

Odessa qubernatoru Mixail Saakaşvili və Odessa gömrüyünün rəhbəri Yuliya Maruşevskaya Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri azərbaycanlı Roman Nəsirovu ittiham ediblər. Onlar Nəsirovu Odessa gömrüyündə bütün korrupsiyaya qarşı layihələri dayandırmaqda günahlandırırlar. Onlar Dövlət Fiskal Xidmətinin rəhbərinə öz iradlarını baş nazir Vladimir Qroysmanın iştirakıyla keçirilən müşavirə zamanı bildiriblər.

Ukrayna Radasının deputatı və ölkənin Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Mikayıl oğlu Nəsirov 1979-cu il martın 3-də Kiev şəhərində anadan olub. Onun atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-ci ildə Azərbaycandan Ukraynaya gedib və ukraynalı xanımla ailə qurub. Bu nigahdan doğulan Roman uşaqlığından Ukraynada böyüyüb. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol