• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya liderləri "Brexit"ə münasibət bildirib

Dünya liderləri "Brexit"ə münasibət bildirib
24.06.2016 12:53
Dünya liderləri və beynəlxalq təşkilatlar Böyük Britaniyada Avropa İttifaqından çıxmaqla bağlı keçirilən referendumun nəticələrinə münasibət bildirib.
 
APA-nın "Reuters”ə istinadən verdiyi məlumata görə, Ağ Evdən deyilib ki, prezident Barak Obama referendumun nəticələrindən xəbərdardır və o, yaxın bir neçə gündə Böyük Britaniya baş naziri Devid Kameronla danışmaq imkanı əldə edəcəyini ümid edir.
 
Fransanın xarici işlər naziri Jan-Mark Eyro referendumun nəticələrindən pərişan olduğunu açıqlayıb: "Avropa İttifaqı fəaliyyət göstərməyə davam edəcək. Lakin o, insanların etibarını geri qaytarmalıdır”.
 
Yaponiya hökuməti bu axşam Britaniyadakı referendumun nəticələri ilə bağlı növbədənkənar iclas keçirmək niyyətindədir. Nazilər Kabineti britaniyalıların qərarının Yaponiya iqtisadiyyatına və şirkətlərinə mənfi təsirini minimuma endirmək üçün görülməli olan tədbirləri müzakirə edəcək.

Seçkilərin nəticələrinə ATƏT-in baş katibi özünün "Twitter” səhifəsində reaksiya verib. Onun sözlərinə görə, bu səsvermənin nəticəsi onu göstərdi ki, dünya liderləri sürətlə dəyişən dünyada insanların reaksiyasına lazımi qədər qiymət vermirlər.
 
Polşa xarici işlər naziri Vitold Vaşşikovski britaniyalıların qərarından təəssüf hissi keçirdiyini vurğulayıb. Onun sözlərinə görə, bu qərar onu göstərdi ki, Aİ konsepsiyasının dəyişməsi çox vacibdir.
 
Avropa Parlamentinin rəhbəri Martin Şultz Böyük Britaniyanın qərarından sonra zəncirvari reaksiyaların başlamasına imkan verməmək üçün Almaniya kansleri Angela Merkellə müzakirə aparacaq. O, "Brexit"in mənfi təsirlərinin olacağını desə də, başqa ölkələrin bu təhlükəli yolla gedəcəyini düşünmədiyini söyləyib.
 
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol isə Britaniyada referendumun nəticələrini Putinin növbəti qələbəsi kimi qiymətləndirib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol