Ermənistanda 200 nəfər saxlanıldı

Ermənistanda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb.
APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda onlardan 50-si sərbəst buraxılıb.
Məlumata əsasən, hüquq-mühafizə orqanları onların "Təsis Parlamenti” təşkilatı və Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücum edən silahlı qrupla əlaqələrini araşdırır.
Xatırladaq ki, iyulun 17-də İrəvanda baş verən silahlı insident zamanı 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb. Polis idarəsini ələ keçirən silahlı şəxslər 7 nəfəri girov saxlayır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























