• $
  • €
  • ₽
  • ₺
  • £

Virusa yoluxmuş smartfonların sayı 96% artıb

Virusa yoluxmuş smartfonların sayı 96% artıb
14.09.2016 21:31
"Nokia” şirkəti smartfon və başqa cihazların virusa yoluxması haqda məlumatları özündə əks etdirən "Threat Intelligence Report” adlı hesabatını təqdim edib. Hesabata əsasən, 2016-cı ilin ilk yarımilliyində virusa yoluxmuş mobil qurğuların sayı 96% artıb.

"ICTnews” Elektron Xəbər Xidməti "psm7.com” saytına istinadən yazır ki, 2016-cı ilin aprelində haker proqramlarından istifadə artıb. Bu ayda 1.06% smartfon zərərli proqram təminatı tərəfindən virusa yoluxdurulub. Əksər hallarda mobil qurğular özündə troyan saxlayan SMS mesajlar, pul qoparan proqramlar, zəhlətökən reklam və fərdi məlumatların oğurlanması üçün qanunsuz həllərin hücumuna məruz qalıb.

Finlandiya şirkətinin hesabatına əsasən, 2015-ci ilin ikinci yarımilliyi ilə müqayisədə mobil şəbəkədə virusa yoluxmuş cihazların sayı 20%, stasionarda isə 11% yüksəlib. Əksər hallarda "Windows” əməliyyat sistemi ilə işləyən fərdi kompüter və noutbuklar, həmçinin mobil qurğular virusa yoluxur.

"Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular daha çox haker hücumuna məruz qalır. Virusa yoluxma hallarının 74%-i bu əməliyyat sisteminin payına düşür. "Windows” platforması ilə işləyən qurğular 22%, "iOS” qurğular isə 4% halda virusa yoluxub.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol