• $
  • €
  • ₽
  • ₺
  • £

Smartfonlar üçün ilk "5G" modem gəldi

Smartfonlar üçün ilk "5G" modem gəldi
19.10.2016 19:41
"Qualcomm” mikroelektronika istehsalçısı gələcəyin smartfonlarını "5G” şəbəkəsində saniyədə 5 qiqabit sürətə malik rabitə ilə təmin etməyə imkan verən "Snapdragon X50” çipini təqdim edib. Şirkətin iddiasına görə, bu çip dünyada smartfonlar üçün ilk "5G” modemdir.

ANN.AZ ictnews-a istinadən xəbər verir ki, hazırda dünyada işlək olan "LTE” ("4G”) şəbəkələrinin əksəriyyəti məlumatların saniyədə 50 Mbit-dək, "LTE Advanced” şəbəkələri isə 600 Mbit-dək ötürülməsini təmin edir. Ancaq "LTE” internetin dünya üzrə orta sürəti təqribən 14 Mbit/s təşkil edir.

Cari ildə telekommunikasiya bazarının liderləri sərgidə "5G” şəbəkəsində məlumatların saniyədə 25 Qbit sürətlə ötürülməsini təmin edən həll nümayiş etdiriblər. Ancaq hələ ki belə modem smartfonun form-faktoruna və ya hətta noutbuka yerləşmir.

Operator tərəfindən belə sürətin tam dəstəklənməsi şərti ilə smartfonun əməliyyat sistemi, məsələn, "bulud” saxlancındakı məlumatlara daxili daşıyıcıda yerləşən məlumatlardan daha sürətli müraciət edə biləcək. Məsafədən işləyən serverlərdə icra edilərək smartfona yayımlanan istənilən təsvir ölçülü videonun şəbəkə üzrə striminqi və ya oyunlarda yüksək keyfiyyətli qrafika reallığa çevriləcək.

"Qualcomm” şirkətinin rəsmiləri söz verirlər ki, 2017-ci ilin ikinci yarısında "Snapdragon X50” çiplərinin nümunələri sifarişçilərə göndərilməyə başlanılacaq və onlar, öz növbəsində, 2018-ci ildə belə çiplərlə təchiz edilmiş smartfonlar çıxaracaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol