• $
  • €
  • ₽
  • ₺
  • £

Bu kağız bütün rəngləri əks etdirəcək

Bu kağız bütün rəngləri əks etdirəcək
19.10.2016 20:32
İsveçin Çalmers Universitetinin tədqiqatçıları Andreas Dalin və Kun Li Sun mikrometrdən də az qalınlığı olan rəngli elektron kağız hazırlayıblar. Kağız funksiyalarına görə LED-ekranlarla oxşar olsa da, adi planşetdən on dəfə az enerji sərf edir.

A.Dalinin sözlərinə görə, rəngli kağız Kindle planşetinin ekranını xatırladır. O, ənənəvi ekranlar kimi işıqlanmır, lakin xarici işığı daha tez əks etdirdiyindən kifayət qədər işıqlandırma olduqda yaxşı işləyir. Bu da kağızı qaranlıqda daha təsirli olan işıq diodu ekranlarından fərqləndirir.

AZƏRTAC techcult.ru saytına istinadla xəbər verir ki, hər şey polimerlərin əks olunan işığın miqdarına nəzarət etmək qabiliyyətindən asılıdır. Bütün səthi örtən polimerlər ekran vasitəsilə elektrik siqnallarını keçirir və yüksək ayırdetmə dəqiqliyinə malik təsvir yaradır.

Artıq bir neçə piksel nümunəsi sınaqdan keçirilib. Alimlər qırmızı, göy və yaşıl rənglərdən istifadə ediblər ki, onlar da LED-ekranlarda olduğu kimi qalan digər rəngləri birlikdə təşkil edirlər. Hazırda tədqiqatçılar ekranın bütün səthini örtəcək piksellərin hazırlanması ilə məşğuldurlar. A.Dalin hesab edir ki, elektron kağız əsasında ekranlar yaxşı işıqlandırılmış ictimai yerlərdə məlumatlar, göstəricilər və informasiya ekranlarının təsviri üçün nəzərdə tutulmuş tablolarda tətbiq edilə biləcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol