• $
  • €
  • ₽
  • ₺
  • £

Yer kürəsi əhalisinin yarısından çoxu internetdən istifadə etmir

Yer kürəsi əhalisinin yarısından çoxu internetdən istifadə etmir
25.01.2017 21:45
Planet sakinlərinin yarısından çoxu internet istifadəçisi deyil. Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) apardığı tədqiqatda deyilir.

"ICTnews” Elektron Xəbər Xidməti "Searchengines” resursuna istinadən yazır ki, yeni hesabat 3,9 milyard insanın (dünya əhalisinin ümumi sayının 51 faizi) rabitə və informasiya texnologiyaları tariflərinin kifayət qədər ucuzlaşdırılmasına baxmayaraq hələ də internetdən yararlanmaq imkanından məhrum olmasını nümayiş etdirir. Onların əsas hissəsi Asiya-Sakit okean regionu və Afrika sakinləridir (80 faiz). MDB ölkələrində internetin imkanlarından 93 milyon nəfər və ya birliyin ümumi əhalisinin üçdə bir hissəsi yararlanmır.

Tədqiqatçılar qeyd edir ki, inkişaf etmiş ölkələrdə internet istifadəçilərinin payı 81 faiz təşkil edirsə, nisbətən geridə qalan ölkələrdə bu göstərici 15 faizə bərabərdir. Həmçinin Afrika əhalisinin 75 faizi internetə çıxış imkanından məhrum olduğu halda Avropa ölkələrində insanların yalnız 21 faizi bu imkana malik deyil.  

Hesabata görə, inkişaf etmiş ölkələrdə internetin nüfuzetmə səviyyəsinin yüksək olmasına baxmayaraq ümumi statistika internetdən istifadə edən əksər insanların inkişaf etməkdə olan ölkələrdə (inkişaf etmiş ölkələrdə 1 milyardla müqayisədə 2,5 milyard istifadəçi) yaşamasını göstərir.

Hazırda əksər iri İT şirkətləri üçüncü dünya ölkələrində internetin inkişafına böyük investisiyalar yatıraraq ucqar yerlərin sakinlərinə internetdən istifadə imkanı yaradır. Oxşar təşəbbüslərin biri ilə Hindistanda "Express Wi-fi” proqramını istifadəyə verən "Facebook” şirkəti məşğul olur.

Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. Təşkilat 150 il ərzində qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım göstərir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol