• $
  • €
  • ₽
  • ₺
  • £

Venesuelada daha bir etirazçı hərbçilərin açdığı atəş nəticəsində öldürülüb

Venesuelada daha bir etirazçı hərbçilərin açdığı atəş nəticəsində öldürülüb
23.06.2017 14:00
Bununla da öldürülən şəxslərin sayı 76-ya çatıb.

Venesuelada hərbçilərin açdığı atəş nəticəsində daha bir dinc etiraz aksiyası iştirakçı ölüb, 2-si isə yaralanıb.

"Report” "Reuters”ə istinadən xəbər verir ki, bununla da öldürülən etirazçıların sayı 76-ya çatıb.

Hərbçilər bildirib ki, həmin şəxs iyunun 22-də gecə saatlarında hərbi bazanın ərazisinə keçməyə cəhd göstərib. Ona görə də ona atəş açıblar. 

Qeyd edək ki, Venesuelada etiraz aksiyaları bu ilin aprelində başlayıb və davam edir. İndiyədək aksiyaçılarla polis arasında baş verən toqquşmalarda 75 nəfər ölüb. 

Ölkə prezidenti Nikolas Maduro mövcud parlamenti əvəz edəcək Konstitusiya Assambleyası yaratmaq məqsədi ilə referendum keçirəcəyini bəyan edib. Onun ideyası əsasında yaradılacaq yeni qanunverici orqan ölkə konstitusiyasında dəyişiklik etmək səlahiyyətinə malik olacaq.

Mövcud parlamentdə prezident N.Maduronun istefasını tələb edən müxalifət üstünlük təşkil edir. Rəqibləri bildirir ki, o, hakimiyyəti əlində cəmləmək istəyir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol